01.11.2023

"Qarabağ Azərbaycandır!" adlı bilik yarışı keçirilib

İmişli rayon təhsil sektoru üzrə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərindən ibarət komandalar arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı bilik yarışına oktyabrın 31-də yekun vurulub.

 

Yarışda rayon üzrə 45 məktəbin şagirdlərindən ibarət olan komandalar iştirak edib.

 

Hacalmuradlı kənd tam orta məktəbin komandası yarışın qalibi olub və bilik yarışının region mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Yarışda iştirak edən bütün şagirdləri təbrik edir və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,