03.11.2023

Şagirdlər “CÀSÀ”da təcrübə səfərində olublar

Saatli şəhəri 4 nömrəli tam orta məktəbdə yaradılmış Peşə təmayüllü sinifdə "Qənnadçı köməkçisi" ixtisasında təhsil alan şagirdlər Azərbaycanda ilk peşəkar Kulinariya Məktəbi olan “CÀSÀ”da təcrübə səfərində olublar.

 

Səfər zamanı şagirdlərə “CÀSÀ” ilə bağlı ətraflı məlumat verilib və mərkəzin fəaliyyəti ilə tanış olublar. Sonra şagirdlər qənnadı məlumatlarının hazırlanması prosesində iştirak ediblər.

 

Ekskursiya məktəblilərin böyük marağına səbəb olub.


Açar sözlər: ,  ,  ,