04.11.2023

“Qarabağ Azərbaycandır” adlı bilik yarışının final turu keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə 8 Noyabr - "Zəfər Günü"nə həsr olunmuş məktəblərarası “Qarabağ Azərbaycandır” adlı bilik yarışının final turu keçirilib.

 

Öncə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov açaraq ölkəmizin tarixi və mədəniyyətini daha da dərindən öyrənməsində, məktəblilər arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanmasında və istedadlı şagirdlərin üzə çıxarılmasında belə yarışların keçirilməsinin əhəmiyyətininin böyük olduğunu bildirib.

 

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə keçirilmiş yarışın rayon mərhələsində birinci yeri qazanan məktəblərin komandaları, beləki Beyləqan rayonu Mil qəsəbə tam orta məktəbin "Mil", İmişli rayonu Hacalmuradlı kənd tam orta məktəbin "Şuşa", Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbin "Birlik" və Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin "Hop-Hop" komandası olmaqla, ümumilikdə 4 komanda yarışın Region (final) turunda iştirak edib.

 

İki mərhələdə keçirilmiş final turunun yekunda Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbin “Birlik” komandası I yeri qazanıb. II yeri İmişli rayonu Hacalmuradlı kənd tam orta məktəbin “Şuşa”, III yeri Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin “Hop-Hop”, IV yeri isə Beylaqan rayonu Mil qəsəbə tam orta məktəbin “Mil” komandası qazanıb.

 

Komandaların üzvləri tutduqları yerə uyğun diplomlarla təlif edilib və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,