15.11.2023

Ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrin rəhbərlərinin iştirakı ilə növbəti görüş keçirilib

Beyləqan və İmişli rayon təhsil sektorlarının tabeliyində olan ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrin rəhbərlərinin iştirakı ilə növbəti görüş keçirilib.

 

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Təhcizat sektorunun müdiri Cavid Məmmədov, Maliyyə-İqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov iştirak ediblər.

 

Görüşdə ümumi təhsil müəssisələrində payız-qış mövsümünə keçid, məktəblərdə monitorinqlərin aparılması məsələləri müzakirə olunub.

  

Tədbirdə çıxış edən Rəşad Musayev məktəblərin payız-qış mövsümünə keçmələri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən ətraflı olaraq danışıb.   Məktəb rəhbərlərinə yanğından mühafizə qurğularının, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etməklə bağlı tapşırıqlar verib.

 

Sonra çıxış edənlər yerlərdən daxil olmuş məlumatların, keçirilən monitorinqlərin əsasında çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyü bildiriliblər.

 

Məktəblərdə VI-IX siniflərdə keçiriləcək monitorinqin əsas məqsədlərinin şagird nailiyyətlərinin yaxşılaşdırılması, tədris ilinin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Açar sözlər: ,  ,  ,