15.11.2023

Payız-qış mövsümünə keçid

Payız-qış mövsümünə keçidlə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən tabeliyində faəliyyət göstərən təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülmüşdür.

 

Hər il olduğu kimi 2023-2024-cü tədris ilində də təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılıb.

 

Monitorinqlər nəticəsində bir sıra təhsil müəssisələrində müəyyən problemlər aşkar olunmuş və problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.

 

Mil-Muğan RTİ-i üzrə təhsil müəssisələrin payız-qış mövsümünə hazırlığı üçün həyata keçirilən kompleks işlər nəticəsində qarşıdakı mövsümdə istiliklə bağlı ciddi problemlər yaşanmayacaqdır.


Açar sözlər: ,  ,