16.11.2023

Saatlı rayonunda Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə görüş keçirilib.

Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbdə rayon üzrə Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov iştirak edərək şagirdlərə fənn olimpiadalarında uğurlar arzulayıb. Şagirdlər arasında keçirilən müsabiqələrin məqsədi, eyni zamanda region təhsilinin ötən ilə olan nailiyyətlərindən danışıb.

 

O, bildirib ki, artıq olimpiadada iştirak edəcək şagirdlər üçün https://portal.edu.az/ saytı vasitəsilə qeydiyyata start verilib və olimpiadanın birinci mərhələsinin keçirilmə vaxtı müəyyənləşib. Ötən tədris ilində keçirilmiş olimpiadanın rayon-şəhər mərhələsində ayrı-ayrı fənlər üzrə keçid balları barədə, həmçinin olimpiadanın final mərhələsində birinci, ikinci və üçüncü yer qazanan qaliblərin qalib olduqları fənnə uyğun müəyyən ixtisaslar üzrə birbaşa ali təhsil müəssisələrinə qəbul olmaq hüquqlarının olması barədə şagirdlərə ətraflı məlumat verib.

 

Saatlı rayonu üzrə ötən tədris ili olimpidanın final mərhələsinin bürünc medalçıları olmuş Məhərrəmli Ayxan Araz oğlu və Səfərova Aysel Eldəniz qızı görüşdə iştirak edən şagirdlərə qalıb olmaq üçün uğura gedən yolda xüsusi diqqət ayrılmalı olan məqamlardan danışaraq, bilik dairələrini daha da genişləndirmək üçün əlavə məlumat mənbələrini əldə etməyin vacib olduğunu bildirərək bu istiqamətdə həmyaşıdlarına öz tövsiyələrini veriblər.

 

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,