16.11.2023

“Technest” təqaüd proqramı ilə bağlı geniş müzakirəli görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin inzibati binasında Mil-Muğan RTİ-i və Mil-Muğan Regional Mədəniyyət İdarəsi işçiləri ilə birgə  Azərbaycan Respublikası Milli Məclisinin Sabirabad rayonu üzrə millət vəkili Kamal Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri üzrə keyfiyyətə nəzarət, monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi İbrahim Qədirov və “Techspace Azerbaijan” MMC-nin təsisçisi Elçin Qasımovun iştirakı ilə geniş müzakirəli görüş keçirilib.

 

Mil-Muğan RTİ-nin müdiri qonaqları və görüş iştirakçılarını salamlayaraq, layihənin Sabirabad rayonunda yaşayan və işləyən İKT bacarığı yüksən olan müəllimlərə faydalı olacağına inandığını və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.

 

Sonra görüş iştirakçılarına İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmış “Technest” təqaüd proqramı barədə məlumat verilib və əməkdaşlıq etdiyi şirkətlərdən biri olan “Techspace Azerbaijan”da bu təqaüd proqramı çərçivəsində tədris ediləcək Help Desk, Data Analitikası, Java Foundation və qrafik dizayn dərslərinə qəbul elan edildiyi də açıqlanıb.

 

Bununla da, “Technest” təqaüd proqramının İKT sahəsində ən tələbatlı ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu təşkil etdiyi və beləliklə, adıçəkilən sahədə kadr bankının yaradılması prosesinə töhfə verdiyi bildirilib. Qonaqlar informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasının əmək bazarının tələbi olduğunu vurğulayaraq, proqrama müraciət etməyin onların gələcək həyat və karyeralarında nə qədər əhəmiyyətli bir rol oynayacağını qeyd ediblər.

 

Tədbir iştirakçılarının layihə ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.

 

Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan kurs mərkəzinin inzibati binası Sabirabad rayonunda yerləşir.


Açar sözlər: ,  ,