21.11.2023

Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.

 

Rayonun ümumi təhsil müəssisələrinin direktor müavinlərinin və Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin məqsədi mina və partlayıcı sursatların təhlükəsi barədə biliklərin artırılması olub.

 

Tədbirdə mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyi izah edilib, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydaları öyrədilib. Eyni zamanda minalar, partlamamış sursatlar, xəbərdarlıq nişanları və zərərçəkmiş şəxslərə yardım haqqında məlumatlar verilib.


Açar sözlər: ,  ,