22.11.2023

Beyləqan rayonunda Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə görüş keçirilib

Beyləqan rayonu üzrə Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov iştirak edərək məktəblilərə fənn olimpiadalarında uğurlar arzulayıb.

 

O, bildirib ki, artıq olimpiadada iştirak edəcək şagirdlər üçün https://portal.edu.az/ saytı vasitəsilə qeydiyyata start verilib və olimpiadanın birinci mərhələsinin keçirilmə vaxtı müəyyənləşib.

 

Mahir Zahidov çıxışında olimpiadanın istedadlı şagirdlərin üzə çıxarılmasında, məntiqi - təfəkkür, tədqiqat qabiliyyətinin inkişaf etdirilməsində əhəmiyyətindən, olimpiadada təqdim olunan suallara düzgün yanaşma qaydalarından danışıb.

 

Ötən tədris ilində keçirilmiş olimpiadanın rayon-şəhər mərhələsində ayrı-ayrı fənlər üzrə keçid balları barədə, həmçinin olimpiadanın final mərhələsində birinci, ikinci və üçüncü yer qazanan qaliblərin qalib olduqları fənnə uyğun müəyyən ixtisaslar üzrə birbaşa ali təhsil müəssisələrinə qəbul olmaq hüquqlarının olması barədə şagirdlərə ətraflı məlumat verib.

 

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,