Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə və İmişli şəhər 5 nömrəli məktəb-liseydə “Yanğın, zəlzələ və digər təbii fəlakətlər zamanı nə etməli” mövzusunda müəllim və şagirdlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev iştirak edərək fövqəladə hallar zamanı davranış qaydalarından danışıb və yanğın, zəlzələ, təbii fəlakətlər zamanı hansı addımların atılmalı olduğunu, təhlükəsizlik qaydalarına necə əməl edilməsi ilə bağlı ətralı məlumat verib. Bununla bağlı təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.
Sonra dəm qazı, məktəbdə yanğın təxliyəsi və mənzildə yanğın zamanı nə etməli mözvularında videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.