24.11.2023

“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib

Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

 

Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbində Saatlı və İmişli rayonunun ümumi təhsil müəssisələrinin direktorları iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və s. hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

 

“Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “101, 112 - qaynar xətti” mövzularında məruzələr dinlənilib. Çıxışlar zamanı fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və sairlə bağlı ətraflı məlumat verilərək, videoçarxlar nümayiş olunub.

 

Sonda mövzularla bağlı suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,