24.11.2023

“Gənclər arasında narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Sabirabad şəhər 1 və 5 nömrəli tam orat məktəblərdə “Gənclər arasında narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Görüşdə tədbir iştirakçılarına mövzunun aktuallığından ətraflı olaraq danışılıb. Bildirilib ki, maarifləndirici tədbirlərin keçirilməsi məktəblilər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaqdır.

 

Sonra narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu qeyd edilib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,