29.11.2023

Şagird davranış qaydaları” piolot layihə olaraq tətbiq olunur

Mil-Muğan Regional Təhsil İdarsəinin tabeliyində fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində “Şagird davranış qaydaları” piolot layihə olaraq tətbiq olunur.

 

Layihənin tətbiq olunduğu məktəblərdə 742 sinifdə 16876 nəfər şagird təhsil alır.

“Şagird davranış qaydaları” piolot layiə olaraq həmin məktəblərin 705 sinifinə tətbiq olunur ki, həmin siniflərdə də 15968 nəfər şagir oxuyur.

 

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” pilot layihəsi ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. Bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.


Açar sözlər: ,  ,  ,