30.11.2023

SAF - 2023

Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2023) Mil-Muğan Regional Təhsil İdarəsi üzrə qatılacaq komandalar böyük sevinc və ruh yüksəkliyi ilə hazırlaşırlar.

 

Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin nəzdində yaradılmış Sabirabadda STEAM mərkəzində olub, SAF – 2023 iştirak edəcək şagirdlərə uğurlar arzulayıb. Şagirdlərin hazırlıq işləri ilə tanış olan Mahir Zahidov məktəblilərə öz tövsiyələrini verib. Sonra şagirdlər SAF – 2023 festivalına hazırladıqları layihələr haqqında məlumat veriblər.

 

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4 – 8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

 

Festivalda iştirak edəcək şagirdlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,