04.12.2023

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılır.

 

Mil-Muğan RTİ-nin əhatə etdiyi 4 rayonun ümumi və məktəbəqədər təhsil müəssisələri təyin olunmuş qrafikə uyğun olaraq dezinfeksiya olunur.

 

Dezinfeksiya işləri ümumi təhsil müəssisələrinin əsasən, tədris otaqları, dəhliz, idman zalları və sanitar qovşaqlarında aparılır.

 

Qeyd edək ki, infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.


Açar sözlər: ,  ,  ,