04.12.2023

Maarifləndirmə görüşləri keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma halları ilə bağlı maarifləndirmə görüşləri keçirilir.

 

Görüşlərdə rayon təhsil sektorlarının əməkdaşları, Mərkəzi Xəstəxana, poliklinikalar, Gigiyena və Epidemiologiya Mərkəzlərinin mütəxəssisləri iştirak edirlər.

 

Maarifləndirmə görüşlərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunur. Səhhətində hər hansı bir narahatlıq müşahidə edilən şagirdlərin valideynləri ilə əlaqə saxlanılaraq, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi tapşırılır.


Açar sözlər: ,  ,  ,