04.12.2023

Məktəblərdə tibbi profilaktik işlər aparılır

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi profilaktik işlərinin aparılması davam etdirilir.

 

Qızılca xəstəliyinin artması ilə əlaqədar olaraq Mil-MuğanRTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə daxil olan zaman şagirdlərin hərarəti ölçülür, spirt tərkibli məhlul ilə əlləri dezinfeksiya olunduqdan sonra şagirdlər sinif otaqlarına yönləndirilir.

 

Qeyd edək ki, infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.


Açar sözlər: ,  ,  ,