06.12.2023

Məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul keçirilir.

 

16 noyabr 2023-cü il tarixində müsabiqənin test mərhələsində iştirak edərək uğur qazanmış namizədlər 05 dekabr 2023-cü il tarixindən 12 dekabr 2023-cü il saat 23:59-a kimi aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

https://forms.gle/8vMHHQcAENrw7GWr8

 

Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:

Soyad, ad və ata adı

FİN kod

Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)

Əlaqə nömrəsi

İşləmək istədiyi məktəbəqədər təhsil müəssisəsini siyahıdan seçir (yalnız 1 müəssisə seçə bilər)

 

Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

 

Müsahibənin təşkili barədə əsas qeydlər:

 

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

 

Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 35 baldan az ola bilməz.

 

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)

 

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:

https://drive.google.com/file/d/1FDzfhK57yG-Axs5YMHz65vMHU1H7uRzX/view?usp=sharing

 

 

 


Açar sözlər: ,  ,