Beyləqan rayon Dünyamalılar kənd Ə. Şirinov adına 1 nömrəli tam orta məktəb və Sarısu qəsəbə tam orta məktəbləri arasında qarışılıqlı əməkdaşlığa başlanılıb.
Əməkdaşlığın məqsədi məktəblər arasında təcrübə mübadiləsi apararaq, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaq, məktəblər arasında rəqabət hissini artırmaqdan ibarətdir.
Əməkdaşlıq çərçivəsində hər iki məktəbin VI sinif şagirdləri arasında buraxılış imtahanı fənləri üzrə mərkəzləşmiş formada birgə monitorinq keçirilib.
Gələcəkdə hər iki məktəbdə açıq dərslər, birgə monitorinqlər, metodiki dəstək, ekskursiya, oxu günüləri, müxtəlif yarış və müsabiqələrin keçirilməsi planlaşdırılıb.