13.12.2023

Respublika Fənn Olimpiadasında (RFO) Mil-Muğan RTİ üzrə 1911 nəfər şagird iştirak edəcək

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 1911 nəfər şagird Respublika Fənn Olimpiadalarında iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçib.

 

Qeyd edək ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

 

IX - XI sinif şagirdlərinin, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdlərinin iştirak etdiyi fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişaf etdirməkdir.

 

Qeyd edək ki, olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri olmaqla 8 fənn üzrə təşkil edilir.

 

Olimpiada da iştirak edəcək şagirdlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,