14.12.2023

“Mediasiya haqqında” adlı maarifləndirmə görüşü keçirilib

Mediasiya Şurasının əməkdaşları tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsində təhsil sahəsində əmək fəaliyyəti ilə məşğul olan əməkdaşlarla “Mediasiya haqqında” adlı maarifləndirmə görüşü keçirilib.

 

Görüşdə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri, mediasiyanın tətbiqinin zəruriliyi, mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə inteqrasiya etməsindən danışıblar.

 

Sonda iştirakçların sualları cavablandırılıb və müvafiq izahatlar verilib.


Açar sözlər: ,  ,