Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlər dövlət himninin səslənməsi ilə açıq elan edilərək, müstəqilliyimizin əldə edilməsi, vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirlərdə RTİ-nin əməkdaşları da iştirak edib. Tədbirlərdə 20 Yanvar faciəsinə qısa nəzər salınaraq ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğu barədə geniş məlumat verilib.
Tədbirlərdə şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.