24.01.2024

Şagirdlərlə görüş keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə rayon üzrə Respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak edəcək şagirdlər və onlara həmin fənlər üzrə dərs deyən müəllimlər iştirak ediblər.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov çıxış edərək olimpiadaların təşkil edilməsində əsas məqsədin istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarət olduğunu bildirib. Olimpiadada suallara düzgün yanaşma qaydaları və ötən il olimpiadanın yarımfinal mərhələsində ayrı - ayrı fənlər üzrə keçid balları barədə şagirdləri məlumatlandırıb. Ölkəmizdə fənn olimpiadalarının təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.

 

Fənn müəllimlərinə olimpiadanın müvafiq fənlərə uyğun proqramı ilə Təhsil İnstitutunun saytından tanış olmağı və şagirdləri tanış etməyi tövsiyə edərək fənlər üzrə ötən illərin yarımfinal və final mərhələlərinə aid tapşırıqların izah edilməsi, bununla bağlı müvafiq işlərin görülməsini tapşırıb.

 

Tədbirdə müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,