25.01.2024

Sertifikatlaşdırmaya dair növbəti görüş keçirilib

İmişli rayonu üzrə ötən il sertifikasiyanın test mərhələsində uğursuz nəticə göstərən müəllimlərə dəstək məqsədilə A.Eminova adına 7 nömrəli tam orta məktəbdə görüş keçirilib.

 

Görüşdə sertifikatlaşdırma prosesinin imtahan mərhələsinin məzmunundan, müəllimlər üçün əlavə dəstək tədbirlərindən, metodika və pedaqogika üzrə məzmun sahələri, bölmələr və mövzular barədə ətraflı məlumat verilib.  Müəllimlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.

 

Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərə dəstək göstərmək məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı fənlərinin məzmunu, metodika və İKT bacarıqlarını inkişaf etdirməklə bağlı təlimlərin təşkil ediləcəyi bildirilib.

 

Sertifikatlaşmanın test və müsahibə mərhələsində uğur qazanmayan müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) imtahanlarında iştirak edə biləcəkləri qeyd olunub.

 

Sonda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,