27.01.2024

XVI rus dili və ədəbiyyatı olimpiadasının birinci mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində rus bölməsində təhsil alan VII-lX sinif şagirdləri arasında XVI rus dili və ədəbiyyatı olimpiadasının birinci mərhələsi keçirilib.

 

Olimpiada Azərbaycanın şairi və yazıçısı Mirzə Şəfi Vazehin anadan olmasının 230-cu ildönümü və rus şairi, yazıçısı A. S. Puşkinin anadan olmasının 225-ci ildönümünə həsr olunub.

 

Olimpiada Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycanın Rus dilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə həyata keçirilir.

 

Olimpiadada şagirdlərə 20 sualı cavablandırmaq üçün 60 dəqiqə və esse  yazmaq üçün də 60 dəqiqə vaxt verilməklə, ümümilikdə 120 dəqiqə vaxt verilib.


Açar sözlər: ,  ,  ,