30.01.2024

Ümumi təhsil müəssisə rəhbərləri, məktəb psixoloqları və valideyn komitələrinin sədrlərinin iştirakı ilə görüş keçirilib

Beyləqan, İmişli və Sabirabad rayon təhsil sektorlarında rayonların ümumi təhsil müəssisə rəhbərləri, məktəb psixoloqları və valideyn komitələrinin sədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşlərdə rayon təhsil sektorlarının müdirləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. 

 

Görüşlərdə ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, məktəblərdə psixoloji xidmətin təşkili və digər məsələlər müzakirə olunub.

 

Görüşlərdə çıxış edənlər məktəblərin pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqlarının işinin gücləndirilməsi və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb.

 

Məktəb şagirdlərin, müəllimlərin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, aidiyyəti şəxslərin laqeydliyi səbəbindən kənar şəxslərin təhsil müəssisələrinə daxil olması və digər neqativ hallar müəssisədə olan şəxslərin bir çox təhlükələrlə qarşılaşmalarına gətirib çıxara bilər.

 

Qeyd olunanları nəzərə alaraq, ümumi təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Görüşlərdə müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,