31.01.2024

Müəllimləri üçün təlimlər keçirilib

Saatlı rayonu ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri və cari dərs ilində IX siniflərində dərs deyən Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat müəllimləri üçün təlimlər keçirilib.

 

Təlimlər Elm və Təhsil Nazirliyinin regional təhsil idarələri üzrə məsləhətçiləri Almaz Əsgərova və Sevda Quliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilib.

 

Məktəblərdə tədris prosesində mürəkkəb mövzuların şagirdlərə daha yaxşı mənimsədilməsi üçün tətbiq olunan tədris metodikasina, iş üsullarına həsr olunmuş təlimlərdə müəllimlər dərslərdə istifadə etdikləri metodika və iş üsullarını nümayiş etdiriblər.

 

Təlimlərdə müəllimlər qarşılıqlı fikirlər mübadiləsi aparıblar və suallar cavablandırılıb.


Açar sözlər: ,  ,