02.02.2024

“2 fevral - Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib

“2 fevral - Gənclər Günü” ilə əlaqədar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı tədbir keçirilib.

 

Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edildikdən sonra, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçılarını Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev gənclər günü münasibətilə təbrik edib, dövlətimizin gəncər siyasətindən geniş məlumat verərək, gənclərin bu gün cəmiyyətimizin bütün sahələrində böyük rol oynadığından danışıb.

 

Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil müəssisələrimizin mühüm rol oynadığını bildirərək, bütün gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı çıxışında gənclərmizin Vətən müharibəsində göstərdiyi şücaətdən, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də gənclərə verilən önəmdən danışaraq onlara uğurlar arzulayıb.

 

Daha sonra digər çıxış edənlər də gəncləri təbrik edərək, bütün gənclərimizə uğurlar arzulayıblar.

 

Təbriklərdən sonra Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdirləri bərabər və qarışıqlı əməkdaşlıq etmək məqsədilə 5 maddədən ibarət birgə Niyyət Protokolu imzalayıblar.

 

Sonda Mil-Muğan regionuna daxil olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə bir qrup gənclər müxtəlif nominasiyalar üzrə təltif olunublar.

 

Tədbir rəsmi hissədən sonra, bədii hissə ilə davam edib.


Açar sözlər: ,  ,