12.02.2024

Nurlan Şükürlü  Azərbaycan çempionatına vəsiqə qazanıb

Şirvan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8, 10, 12, 14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.

 

Seçmə turnirlərdə ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib.

 

Saatlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Şükürlü Nurlan Ədalət oğlu yarışın qaliblərindən olaraq iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıb.

 

Şagirdimizi təbrik edirik və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,