16.02.2024

TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatınına başlanılıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatınına başlanılıb.

 

Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatınını gedişatını izləyib.


Ötən il sınaq mərhələsi həyata keçirilmiş sorğunun əsas mərhələsində ölkə üzrə 222 ümumi təhsil müəssisəsindən 4000-ə yaxın müəllim və müəssisə direktorlarının iştirakı planlaşdırılıb.


Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllim və məktəb direktorlarının peşəkar inkişafı, eləcə də onların təhsilə dair yanaşmalarını anlamaq, iş, tədris təcrübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə təşkil olunur.

 

TALIS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.


Qeyd edək ki, ölkəmiz TALIS sorğusunda ilk dəfə iştirak edir. 


Açar sözlər: ,  ,  ,