21.02.2024

"Mənim ana dilim-mənim kimliyim" adlı tədbir keçirilib

Sabirabad şəhər 2 nömrəli məktəb-liseydə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Mənim ana dilim-mənim kimliyim" adlı tədbir keçirilib.

 

Tədbirdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.

 

Sonra ana dilimiz milli sərvətimizdir, çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,