24.02.2024

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə respublika fənn olimpiadalarının yarımfinal turu İmişli şəhrə 7 nömrəli tam orta məktəbdə keçirilib.

 

Olimpiadanın yarımfinal turunda Beyləqan, İmişli və Saatlı rayonları üzrə 263 nəfər IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə biliklərini sınayıblar. Sabirabad rayonu üzrə isə yarımfinal turda iştirak etmək hüququ olan 58 nəfər şagird Şirvan şəhər 16 saylı tam orta məktəb keçirilən yarımfinal turda iştirak edib.

 

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdiriblər.

 

Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.