27.02.2024

Pedaqoji şuranın növbədənkənar iclası keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilib.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun məktəblərdə təhlükəsizlik tədbirlərinin həyata keşirilməsi ilə bağlı müvafiq əmrinin və təlimatı məktubun icrası ilə bağlı keçirilən pedaqoji şura iclasında Mil-Muğan RTİ-nin və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

 

İclasda məktəbdə təhlükəsizliyin təmin edilməsi üçün nəzarətin daha da artırılması, mühafizə işinin, növbətçiliyin, psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin daha da artırılması, şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

 

Pedaqoji şurada müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və icrası ilə bağlı müvafiq işlər həyata keçiriləcəkdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,