28.02.2024

Maarifləndirici təlim keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqə ilə bağlı müəllimlərə maarifləndirici təlim keçirilib.

 

Təlimdə Beyləqan rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər arasında keçirilmiş sorğuda iştirak etmiş müəllimlər iştirak ediblər.

 

Təlimin keçirilməsində məqsəd effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi bacarıqlarının artırılması olub.

 

Maarifləndirici təlimdə təlimçi olaraq İmişli rayonu Bəcirəvan kənd tam orta məktəbin müəllimi Mərdan Əlizadə müsabiqəyə təqdim edilən layihələrin əvvəllər təqdim edilməyən orijinal ideyaya əsaslanması, inkişafyönümlü və innovativ xarakterli olması ilə bağlı müəllimlərə ətraflı məlumat verib. Müəllimlərin ən çox bilmək istədikləri və onlara daha vacib olan meyarlar öyrədilib. Qrant müsabiqələr üçün layihələrin yazılışı, xərclər smetasının hazırlanması, icra planının tərtibi, layihənin idarəolunması və hesabatların hazırlanması istiqamətlərində məsələlər müzakirə olunub.

 

Sonda layihə çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,