29.02.2024

Sabirabad rayonunda görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə Sabirabad rayonunda görüş keçirilib.

 

Görüşdə Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov, Sabirabad rayonu üzrə riyaziyyat və xarici dili müəllimləri iştirak ediblər.

 

Mahir Zahidov təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib. O, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.

 

Sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı, müsahibə mərhələlərinin təşkili, müəllimlər üçün əlavə dəstək tədbirləri, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı və sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsirindən ətraflı məlumat verib.

 

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,