01.03.2024

"Yaşıl dünya naminə həmrəy olaq" adlı rəsm sərgisi keçirilib

İmişli rayon təhsil sektorunun, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəy olaq" adlı rəsm sərgisi keçirilib.

 

Sərgidə rayonun ümumtəhsil məktəblərinin və İmişli şəhər Uşaq - Gənclər İnkişaf Mərkəzinin rəsm sahəsində istedadlı olan 47 nəfər şagirdi iştirak edib.

 

Sərgidə ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm işlərinə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,