5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "İdman həftəsi"nin keçirilməsinə start verilib.
"İdman həftəsi"nin birinci gün üçün müəyyənləşdirilmiş proqrama əsasən səhər gimnastikası hərəkətləri edilib.
Qeyd edək ki, 5 mart tarixindən etibarən elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.