01.03.2024

“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib

Beyləqan şəhər Təbiət və Hümanitar fənlər təmayüllü liseydə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə Beyləqan rayon təhsil sektorunun və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

 

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin diqqətini fövqəladə hallar üçün davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəbdə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətmək olub.

 

Təşkil olunan tədbirdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verilib.


Açar sözlər: ,  ,  ,