01.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiət və İdman” adlı rəsm müsabiqəsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional İdman və Gənclər İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə fəaliyyət proqramına əsasən “İdman həftəsi” çərçivəsində, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiət və İdman” adlı rəsm müsabiqəsi keçirilib.

 

Rəsm müsabiqəsində gənclər çəkdikləri rəsmləri içtimayyətə təqdim ediblər. Müsabiqənin yekun sərgisi Sabirabad şəhərində yerləşən “Sabir Bağı”nda yekunlaşıb. Sərgi şəhər sakinlərı və qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Sərginin sonunda Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon Təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin müdiri Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdir müavini Telman Əzimov müsabiqə qaliblərini təbrik ediblər və uğurlar arzulayıblar.

 

Müsabiqədə Səlminaz Novruzlu I yeri, Mehdi Həsənli II yeri, Arzu Nəsirova III yeri tutublar. Qaliblər müsabiqənin təşkilatçıları tərəfindən hədiyyə və diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,  ,