02.03.2024

Peşə təmayüllü sinifdə “Açıq qapı” günü keçirilib

Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbin peşə təmayüllü sinfində “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günündə Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov, rayonun təhsil sektorunun əməkdaşları, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

Qonaqlar peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin ixtisas üzrə dərslərində iştirak edərək, onların əl işləri ilə tanış olublar.

 

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.


Açar sözlər: ,  ,  ,