05.03.2024

Voleybol idman növü üzrə komanda birinciliyi keçirilib

İmişli rayon təhsil sektorunun, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektorunun və İmişli rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin təşkilatçılığı ilə "5 Mart Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş voleybol idman növü üzrə komanda birinciliyi keçirilib.

 

Birincilikdə rayonun məktəblərində təhsil alan 2008-2010-cu il təvəllüdlü şagirdlərdən ibarət komandalar iştirak ediblər.

 

İmişli şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən yarışda 8 nömrəli məktəbin komandası I yeri, 5 nömrəli məktəb-liseyin komandası II yeri və Rəsullu kənd tam orta məktəbin komandası isə III yeri tutublar.

 

Qalib komandaların üzvləri yarışın təşkilatçıları tərəfindən diplom və medallarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,