06.03.2024

5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri, idman nailiyyəti olan şagirdlər, idman ictimaiyyətinin nümayəndələri və idman həvəskarları iştirak ediblər.

 

Tədbirdə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yürüş keçirilib. Sabirabad şəhərində yerləşən M.Ə.Sabir adına abidənin önündən başlayan yürüş 20 yanvar küçəsi boyunca davam edib.

 

Yürüşün sonunda Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov çıxışlarında idmançıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıblar. Ulu Öndər Heydər Əliyevin idmana, gənclərə olan diqqət və qayğısından, milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin strategiyanın uğurla davam etdirildiyini bildiriblər. İdman sahəsində həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafından, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

 

Sonda idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,