06.03.2024

Məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

İmişli Rayon Polis İdarəsinin və İmişli rayon təhsil sektorunun təşkilatçılığı ilə 5 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

 

İmişli RPİ-nin rəis müavini Habil Ağayev, polis leytenantı Novruz Məmmədov tədbirdə çıxış edərək narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini veriblər.

 

Tədbirdə çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar.

 

Daha sonra narkomaniya ilə bağlı videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,