06.03.2024

“İxtisas bələdçisi” layihəsi çərçivəsində görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilati köməkliyi ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən İmişli, Saatlı və Sabirabad rayonlarında ümumi təhsil müəssisələrinin şagirdləri ilə “İxtisas bələdçisi” layihəsi çərçivəsində görüş keçirilib.

 

Görüşdə məktəblərin VIII - XI sinif şagirdləri və müəllimlər iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd “ixtisas seçimi” mövzusunda təhsilalanların düzgün ixtisas seçimi etmələrinə dəstək vermək, peşə və ixtisas seçiminin karyera planlamasında önəmi və karyera məsləhət xidmətlərinin göstərilməsi olub.

 

Tədbir zamanı şagirdlərə əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib, özünütanıma, özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.

 

Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb və diskussiyalar aparılıb.


Açar sözlər: ,  ,  ,