07.03.2024

“Sərhəd” hərbi-idman oyunu keçirilib

Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunu keçirilib.

 

Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən tam orta məktəblərinin X sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

 

“Sərhəd” hərbi idman oyununda şagirdlər sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, avtomatın sökülüb-yığılması, maskalanma və maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvü­nə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə öz qüvvələrinin sınayıblar.

 

Oyunun nəticələrinə əsasən Qaradğlı kənd tam orta məktəbin “Bozqurd” komandası I yeri, I Şahsevən kənd 2 nömrəli tam orta məktəbin “Şahin” komandası II yeri və Araz qəsəbə tam orta məktəbin “Zirvə” komandası isə III yeri tutublar.

 

Qalib komandalar kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,