12.03.2024

"Təlimçilər üçün təlim" keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Təlimçilər üçün təlim" keçirilib.

 

Təlimin əsas məqsədi təhsil sahəsindəki təlimçilərin bacarıqlarının artırılması, təlimçi sayının çoxaldılması, təlimçilərin keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq edilməsini təşviq etmək olub.

 

Təlimdə 12 regiondan 20 gənc müəllim iştirak edib. Təlimlər zamanı təlimdən gözləntilər, təhsilin formaları, öyrənmənin müasir metodları kimi mövzular, təcrübə əsaslı öyrənmə, insan hüquqları kimi mövzular ətrafında müzakirələr aparılıb, qrup işləri keçirilib.


Açar sözlər: ,  ,