15.03.2024

Sabirabad rayonunda şəhid ailələri ziyarət olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Novruz bayramı ərəfəsində Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Rəşad Musayev bayram münasibətilə şəhid ailələrini təbrik edib. Görüşdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Görüşlərdə torpaqlarımızın işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edildiyi, qürur duyulduğu qeyd olunub.

 

Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

 

Rəşad Musayev ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib.


Açar sözlər: ,