19.03.2024

Sabirabad Gənclər Evində "Novruz Bayramı" şənliyi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ümumi təhsil müəssisələrini təmsil edən stendlərdə "Xonça" müsabiqəsi, müxtəlif idman növlərini təmsil edən klubların isə təqdimatları baş tutub.

 

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Novruzun milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında özünəməxsus xüsussiyyətlərindən danışıblar. Novruz bayramının zamanın sınaqlarından çıxan milli bayramlarımızdan olduğunu bildiriblər.

 

Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçiləri bayram əhvali-ruhiyyəli ifaları ilə çıxış ediblər və gənc gimnastlar, cüdoçular, güləşçilər, “Zərbə” karate-do klubunun idmançıları öz maraqlı nömrələri ilə tədbirə xüsusi rəng qatıblar.