27.03.2024

“Xəmsə” milli intellektual oyunu keçirilib

Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin V və VI sinif şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.

 

Yarışda hər birində 5 nəfər olmaqla 16 komanda iştirak edib.

 

“Xəmsə” intellektual oyununun nəticələrinə görə VIA sinfinin “Birlik” komandası birinci, VA sinfinin “Aslanlar” komandası ikinci, VIA sinfinin “Zəfər” komandası üçüncü və VIB sinfinin “Zəkalar” komandası isə dördüncü yeri tutublar.


Açar sözlər: ,  ,  ,