28.03.2024

İcma əsaslı məktəbəqədər təhsil qruplarına tərbiyəçi-müəllimlərin işə qəbulu elan edilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi tərəfindən təşkil olunmuş icma əsaslı məktəbəqədər təhsil qruplarına tərbiyəçi-müəllimlərin işə qəbulu elan edilir.

 

Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaqdır. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar.

 

Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Tərbiyəçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər.

 

Tərbiyəçi-müəllim təyin olunmaq tələb olunan şərtlər?

- Yeni açılacaq icma mərkəzinin yerləşdiyi məktəbə yaxın ərazidə (daimi) yaşamaq;

- 3-5 yaşlı uşaqlarla işləmək arzusu, biliyi və bacarığı olması;

- Həftədə 4 dəfə 2 – 2,5 saat olmaqla tədris prosesini təşkil etmək imkanına malik olmaq;

- Ali və ya orta ixtisas təhsilli namizədlərə, xüsusən də məktəbəqədər təhsili və ya əlaqəli sahələrdə ixtisasları olan namizədlərə üstünlük verilir.

 

Müraciət qaydaları və seçim mərhələləri:

- Ərizə (Elektron müraciət) formasının doldurulması

- Ərizəçi meyarlarına cavab verən namizədlər imtahan mərhələsinə dəvət olunur

- İmtahanın keçiriləcəyi yer, tarix və saatı barədə əvvəlcədən namizədlərə məlumat verilir

 

Müsabiqənin mərhələləri:

- İmtahan mərhələsi

- Müsahibə mərhələsi

 

Müraciət üçün son tarix:

- 04 aprel 2024-cü il

Qeydiyyatdan keçmək üçün keçid linki:

https://forms.gle/AEb8t1bpDxUzHmHV7

 

 

#MilMuğanRTİ #EduAz #MÜTDA #İcma


Açar sözlər: ,  ,